Sergey Şoyqu: NATO-nun hərbi potensialını artırması Rusiyanı hərəkətə keçirib

Sergey Şoyqu: NATO-nun hərbi potensialını artırması Rusiyanı hərəkətə keçirib

Müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, ölkə sərhədləri yaxınlığında NATO-nun hərbi potensialını artırması Rusiyanı strateji istiqamətlərində qoşun qruplaşmaları gücləndirməyə məcbur edib.

“Report” xəbər verir ki, o, bu barədə keçirdiyi xidməti müşavirədə deyib.

“Biz şimal-qərb və qərb strateji istiqamətlərində qoşun qruplaşmalarının gücləndirilməsi üçün addımlar atmışıq”, - nazir söyləyib.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin, NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.

Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır. Litva XİN başçısı Qabrielius Landsbergis da Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib. Artıq Rəsmi Moskva da NATO ilə birbaşa toqquşma barədə xəbərdarlıq edib. Sloveniyanın xarici işlər naziri Tanya Fajonun fikrincə də belə bir müharibə gözləniləndir.