Keçən il Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 45 nəfərə cinayət işi açılıb

Keçən il Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 45 nəfərə cinayət işi açılıb

Keçən il qanunsuz dini təbliğatla məşğul olan 45 nəfər barədə cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, həmin müddətdə 163 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb. Həmin şəxslərdən 2,4 min ədəd dini ədəbiyyat, broşüra, jurnal, buklet, CD disk və digər əşyalar, 296 dini şəkil, 69 dini bayraq, eləcə də 1 ədəd soyuq silah aşkar edilərək götürülüb.