Fransada Makronun fikirlərinə bəraət qazandırmaq cəhdləri ələ salınıb

Fransada Makronun fikirlərinə bəraət qazandırmaq cəhdləri ələ salınıb

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Avropa silahlı qüvvələrinin göndərilməsi ilə bağlı fikirlərinə bəraət qazandırmağa çalışıb və bildirib ki, ölkənin yaxın gələcəkdə bununla bağlı planı yoxdur.

“Birxeber.Az” xəbər verir ki, Makron bu barədə martın 5-də Praqaya səfərindən əvvəl Çexiyanın "Novinky" portalına müsahibəsində bildirib.

O, ötən həftə Parisdə 26 dövlət başçısı ilə görüşdə Ukrayna münaqişəsi ilə bağlı verdiyi bəyanatlardan birinin yaratdığı beynəlxalq reaksiya dalğasına belə münasibət bildirib: “Mənə qoşunların yeridilməsi ilə bağlı verilən bir suala cavab olaraq dedim ki, heç nə istisna edilmir. Bu, o demək deyil ki, biz yaxın vaxtlarda Ukraynaya Fransa qoşunlarının göndərilməsi imkanını nəzərdən keçiririk”.

Bundan başqa, Fransanın “Le Figaro” portalının oxucuları onun özünə bəraət qazandırmaq cəhdlərini müzakirə ediblər: “Rusiyalılar, qulaq asın, indi o, başqa bir şey deyə bilər, amma heç kim onu ​​ciddi qəbul etməyəcək”.

Oxucular həmçinin vurğulayıblar ki, Makronun fikirləri iki gündən bir dəyişir və onları Makronun sabah hansı fikirlərdə olacağı maraqlandırır: “Makronun ən ciddi problemi danışmazdan əvvəl düşünməməsidir”.