Şagirdlərin Azərbaycan dili biliklərinin səviyyəsi açıqlanıb

Şagirdlərin Azərbaycan dili biliklərinin səviyyəsi açıqlanıb

Dövlət dili kimi Azərbaycan dili imtahanı yekun attestasiyaya daxil olan imtahandır.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszdə deyib.

O bildirib ki, tədrisi digər dildə aparılan bölmələrdə (Azərbaycanda təxminən 10 faiz şagird rus bölməsində oxuyur, təxminən 3-5 faiz şagird isə ingilis dilində tədris alır) şagirdlər Azərbaycan dili imtahanını dövlət dili kimi verirlər.

“Bu, B1 səviyyəsində olan imtahandır. Tədris dili Azərbaycan dilində olan şagirdlərin verdiyi Azerbaycan dili imtahanında isə suallar B2 səviyyəsində olur”.