Parlament ombudsmanın məruzəsini qəbul edib

Parlament ombudsmanın məruzəsini qəbul edib

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb.

Birxeber.Az-nın xəbərinə görə, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.

Məruzədə bəzi hallarda vətəndaşlar qanunla müəyyən edilmiş əsaslar olmadan qeydiyyatdan çıxarılmasına diqqət çəkilib, Bakıda sənədsiz evlər inventarlaşdırılaraq qeydiyyata alınması vacib sayılıb. Azərbaycanda məhkumların təhsili üçün internet platformalarının yaradılması zəruri sayan ombudsman Vətən müharibəsi dövründə evlərə dəyən ziyanla əlaqədar əlavə vəsaitinin ayrılmasını, dövlət qulluğunda çalışanlara elmi dərəcələrin verilməməsi ilə bağlı qərarın ləğvini, şagirdlərə köməkçi vasitələrin dövlət hesabına verilməsini təklif edib.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.