Baydenin partiyadaşları onun seçkidə qalib gələcəyinə inanmır

Baydenin partiyadaşları onun seçkidə qalib gələcəyinə inanmır

Demokratik Partiyanın üzvləri bu ilin noyabrında ABŞ-də keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Cozef Baydenin qalib gəlmək şansını aşağı hesab edirlər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, partiyanın bəzi üzvləri Baydenin ikinci müddətə ABŞ Prezidenti seçilmək şansından narahatdırlar. Narahatlıq onun yaşı (81), yüksək qiymətlər və administrasiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi səbəbindən səs itirməsidir. Agentliyin söhbət etdiyi demokrat konqres üzvləri ABŞ-ın hazırkı prezidentini autsayder hesab edirlər.

Cozef Baydenin bir çox tərəfdarı keçmiş ABŞ lideri Donald Trampın (Respublikaçı Partiyası) dövlət başçısı seçilməklə daha yaxşı işlər görəcəyinə inanır.

Xatırladaq ki, Tramp dəfələrlə Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb.