Şuşada pulemyot, tapança və avtomatlar aşkarlanıb

Şuşada pulemyot, tapança və avtomatlar aşkarlanıb

Polis əməkdaşları Şuşada müxtəlif markalı silahlar aşkar ediblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq götürülüb.