Bakı Su Həftəsinə 90-a yaxın şirkət qatılacaq

Bakı Su Həftəsinə 90-a yaxın şirkət qatılacaq

Bu il martın 12-14-də Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib.

"Birxeber.Az "xəbər verir ki, bunu sərgiyə həsr olunmuş mətbuat konfransında "Bakı Su Həftəsi"nin layihə rəhbəri Nicat Şıxaliyev bildirib.

"İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya var. Azərbaycanda ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsinə bir sıra önəmli şirkətlər dəstək verir", - deyə o qeyd edib.