Kaliforniya çölündə güllələnmiş 6 nəfərin meyiti tapılıb

Kaliforniya çölündə güllələnmiş 6 nəfərin meyiti tapılıb

ABŞ-nin Kaliforniya ştatının cənubundakı San-Bernardino dairəsinin çöllük ərazisində güllələnmiş altı nəfərin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə “Los Angeles Times” yazıb.

daha öncə beş nəfərin cəsədinin tapıldığı bildirilsə də, sonra da sayın altı olduğu bəlli olub.

Onların nə zaman, hansı şəraitdə öldüyü açıqlanmayıb. Eyni zamanda, ölənlərin kimliyi də bildirilməyib.

Faktla bağlı araşdırma aparılır.