Dünya bazarlarında neftin qiyməti azalıb

Dünya bazarlarında neftin qiyməti azalıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,19% azalaraq 1 barelə görə 82,64 dollar təşkil edib.

"Birxeber.Az-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,3% azalaraq 78,5 dollar olub.