KİV: İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirir

KİV: İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirir

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində reydlər keçirir.

APA xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Əməliyyatlar Kafrdan, Qalkilya və Cenin şəhərlərində və bir neçə məntəqədə aparılır.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.