Rusiyada minik və yük maşınları toqquşub, dörd nəfər ölüb

Rusiyada minik və yük maşınları toqquşub, dörd nəfər ölüb

Rusiyanın Samara vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Opel Zafira” markalı minik avtomobili qarşıdan gələn zolağa çıxaraq “KamAZ”a çırpılıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Samara vilayətinin prokurorluğu qəza ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Bildirilib ki, minik avtomobilində Qazaxıstandan gətirilən işçilər olub.