KİV: Tuapsedə neft emalı bazasına hücum edildiyi güman edilir

KİV: Tuapsedə neft emalı bazasına hücum edildiyi güman edilir

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavodunda yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, olay nəticəsində zərər çəkən olmayıb.

Bu əsnada Tuapse yaxınlığındakı Soçi şəhərinin beynəlxalq aeroportunda reys qəbulu dayandırılıb, bir müddət sonra hava limanında normal iş rejimi bərpa olunub. Rusiya rəsmiləri hadisənin səbəbini açıqlamasa, Kremlə yaxınlığı ilə bilinən “Shot” teleqram kanalı bunu PUA təhlükəsi ilə əlaqələndirib.

“Shot”a görə, NEZ-də yanğından öncə partlayış səsləri eşidilib. İlkin məlumata görə, bu hava hücumundan müdafiənin səsi olub.