Ermənistan saxlanılan Azərbaycan əsgəri barəsində cinayət təqibini dayandırıb

Ermənistan saxlanılan Azərbaycan əsgəri barəsində cinayət təqibini dayandırıb

Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

APA xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat ayyaıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.