Xaçmaz dəmir yolu stansiyasında ölümlə nəticələnmiş qəza baş verib

Xaçmaz dəmir yolu stansiyasında ölümlə nəticələnmiş qəza baş verib

Bu gün saat 14:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

"Report" bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.