Peskov: Putin hələlik Paşinyanla əlaqə saxlamağı planlaşdırmır

Peskov: Putin hələlik Paşinyanla əlaqə saxlamağı planlaşdırmır

Rusiya Prezidenti Vladimir Putin hələlik Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlamağı planlaşdırmır.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putinin planlarında Ermənistanın Baş naziri Nikol Paşinyanla təmas saxlamaq hələlik yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, Putin və Paşinyan arasında təmas qrafikdə yoxdur, lakin lazım olduğu təqdirdə təşkil oluna bilər.