Bərdə Peşə Liseyinə mediatur təşkil edilib

Bərdə Peşə Liseyinə mediatur təşkil edilib

Bərdə Peşə Liseyinə mediatur təşkil olunub.

“Birxeber”un Qarabağ bürosunun verdiyi məlumata görə, mediaturun məqsədi liseydə yaradılan şərait, tədris prosesi və imkanlar haqqında ictimaiyyət nümayəndələrini və jurnalistlərin məlumatlandırılmasından ibarət olub.

Mediatur iştirakçılarına peşə təhsil müəssisəsinin tarixi, təmirdən öncəki vəziyyəti, pedaqoji heyəti, həmçinin liseyin yeni infrastrukturu haqqında geniş məlumat verilib.

Bildirilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən şərait yaradılıb:

“Bərdə Peşə Liseyi maddi texniki baza ilə tam təchiz olunub. Burada 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib. Peşə liseyi Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 7 peşə sahəsi istiqamətində 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır”.

İnfotur çərçivəsində peşə təhsil müəssisəsini bitirmiş və müxtəlif istiqamətlər üzrə uğurlu karyera quran məzunlarla da görüş keçirilib.

Görüş zamanı qonaqların təcrübəsi dinlənilib və peşə təhsilində hazırda olan vəziyyət və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mediatur iştirakçıları liseydə yaradılan şəraitlə, emalatxanalarla əyani şəkildə tanış olublar.

Səfər çərçivəsində iştirakçılar işəgötürən qurum “Aqroservis” ASC-nin Bərdə regional nümayəndəliyində tələbələrin istehsalat təcrübəsi prosesini izləyiblər.

--- ---
Bərdə Peşə Liseyinə mediatur təşkil edilib

Bərdə Peşə Liseyinə mediatur təşkil edilib

--- ---
Azərbaycanda yayım operatorlarının üzərinə yeni lisenziya almaq öhdəliyi qoyulub

Azərbaycanda yayım operatorlarının üzərinə yeni lisenziya almaq öhdəliyi qoyulub

--- ---
Əhməd İsmayılov: "Azərbaycan mediası hazırda ciddi islahatlar dövrünü yaşayır"

Əhməd İsmayılov: "Azərbaycan mediası hazırda ciddi islahatlar dövrünü yaşayır"

--- ---
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb

ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb

--- ---
Hərbi jurnalist Rəşad Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib

Hərbi jurnalist Rəşad Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib

--- ---
“Azadlıq Radiosu”nun əməkdaşı Kiyevdə həlak olub

“Azadlıq Radiosu”nun əməkdaşı Kiyevdə həlak olub

--- ---
“Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqə elan edilib

“Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqə elan edilib

--- ---
Əhməd İsmayılov BDU-nun Jurnalistika fakültəsində ustad dərsi keçib

Əhməd İsmayılov BDU-nun Jurnalistika fakültəsində ustad dərsi keçib