Qazaxıstanda baş verən güclü zəlzələ qonşu ölkələrdə də hiss olunub

Qazaxıstanda baş verən güclü zəlzələ qonşu ölkələrdə də hiss olunub

Qazaxıstanın Almatı şəhərində 5 maqnitudalı zəlzələ baş verib, yeraltı təkanlar Qırğızıstan və Çində hiss olunub.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Almatıdan 37 km, Qırğızıstanın İssık-Kul vilayətindən 8 km aralıda yerləşib.

Bildirilib ki, Almatıda insanlar binaları tərk edirlər.