Coş Vaytmən: Hərbi sahədə kibertəhlükəsizliyin olması çox önəmlidir

Coş Vaytmən: Hərbi sahədə kibertəhlükəsizliyin olması çox önəmlidir

Bir çox sahələrdə, eyni zamanda hərbi sahədə də kibertəhlükəsizliyin olması çox önəmlidir.

APA-Economics” xəbər verir ki, bunu “Titan labs” kibertəhlükəsizlik təşkilatının məsləhətçisi Coş Vaytmən
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyası ilə birgə təşkil olunan Böyük Britaniya Kibertəhlükəsizlik Sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, “Titan labs” süni intellektin potensial olaraq biznesə necə təsir etdiyini araşdırıb. Bunun üçün bir şirkətin dataları üzərindən araşdırma aparılaraq kibertəhlükəsizliyin olub-olmadığı öyrənilib: “Titan Lab” tərəfindən süni intellekt vasitəsilə saxta səs yaradılıb və burada həmin şirkətin rəsmisinin səsindən istifadə edərək yeni saxta səs formalaşdırılıb. Səsdə müəyyən bank hesabına vəsaitin ödənilməsi tələb olunub. Daha sonra bu səs yazısı “WhatsApp” üzərindən şirkətin mühasibatlıq şöbəsinə göndərilib”.

“Həmin şirkətdə bugünədək kifayət qədər təlimlərin olmasına baxmayaraq mühasibatlıq bu ödənişləri etdi” -, deyə o əlavə edib.