Goyçayda baş verən qəzada 3 nəfər ölüb - FOTO - YENİLƏNİB

Goyçayda baş verən qəzada 3 nəfər ölüb - FOTO - YENİLƏNİB

İlkin məlumata əsasən, Goyçay-Ucar yolunda baş vermiş qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hazırda üçüncü şəxsin meyiti kanaldan çıxarılır. Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb.

***

01.18

Goyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən hadisə zamanı iki nəfərin dünyasını dəyişdiyi, bir neçə nəfərin agir yaralandığı bildirilir.

Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. Yaralıların Ucar rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. Əlavə məlumat veriləcək.