Ukrayna ərazilərinin minalardan təmizlənməsində süni intellekt tətbiq ediləcək

Ukrayna ərazilərinin minalardan təmizlənməsində süni intellekt tətbiq ediləcək

Süni intellekt Ukrayna ərazilərinin minalardan təmizlənməsinə kömək edəcək.

Birxeber.Az UNİAN-a istinadla xəbər verir ki, Ukrayna İqtisadiyyat Nazirliyi artıq "Palantir" texnologiya şirkəti ilə müvafiq müqavilə imzalayıb.

Qeyd olunur ki, "Palantir" verilənlərin təhlili üzrə ixtisaslaşıb. Ukrayna öz mütəxəssislərinin və texnologiyasının dəstəyi ilə humanitar minatəmizləmə əməliyyatlarını rəqəmsallaşdırmağa və avtomatlaşdırmağa ümid edir. Həmçinin minalarla mübarizədə qərar qəbul etmək üçün "Palantir"in hazırladığı “süni intellekt platforma əsaslı köməkçi”dən istifadə ediləcəyi gözlənilir.