Çexiya XİN rəhbərinin təyyarəsi texniki problemlərə görə Hindistanı tərk edə bilməyib

Çexiya XİN rəhbərinin təyyarəsi texniki problemlərə görə Hindistanı tərk edə bilməyib

Yaponiyadan Praqaya qayıdan Çexiyanın xarici işlər naziri Yan Lipavskinin rəhbərlik etdiyi nümayəndə heyəti təyyarədə yaranan texniki nasazlıq səbəbindən Hindistanın Mumbay şəhərinin hava limanına enməyə məcbur olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Çexiya XİN məlumat yayıb.
Lipavski bundan əvvəl Asiya-Sakit okean regionunun bir sıra ölkələrinə işgüzar səfər edib.

Xarici işlər nazirini səfərdə 10 iri şirkətin nümayəndələri, diplomatlar və jurnalistlər müşayiət edib.