Biləsuvarda "İdman həftəsi" çərçivəsində qaçış marafonu keçirilib

Biləsuvarda "İdman həftəsi" çərçivəsində qaçış marafonu keçirilib

Biləsuvarda “İdman həftəsi” çərçivəsində 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş qaçış marafonu keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Heydər Əliyev prospekti boyunca 2500 metr məsafədə 300 nəfərə yaxın idmançının iştirakı ilə keçirilən yarışın sonunda Almazzadə Fərid birinci, Ağazadə Zamin ikinci, İmanlı Rəvan isə üçüncü yerdə finişi başa vurub.

Sonda qaliblərə diplom, medal və qiymətli hədiyyələri təqdim edilib.

Qeyd edək ki, ölkəmizdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü olaraq Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.