NİM: Buraxılış imtahanın keçirildiyi müəssisələrin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir - FOTO

NİM: Buraxılış imtahanın keçirildiyi müəssisələrin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir - FOTO

Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Birxeber.Az-ya verilən məlumata görə, mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsi ilə həmin yollar diqqətdə saxlanılır.

Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.