İsrail İordan çayının qərb sahilində genişmiqyaslı reydlər həyata keçirib

İsrail İordan çayının qərb sahilində genişmiqyaslı reydlər həyata keçirib

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Qalkilya, Əl-Arrub və Tulkarm qaçqın düşərgələrində gecə boyu genişmiqyaslı reydlər həyata keçirib.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, hərbçilər işğal olunmuş İordan çayının qərb sahilində bir neçə yaşayış məntəqəsinə gecə ərzində reydlər keçirib, əhəmiyyətli qüvvələr Tulkarm şəhərinə girmək üçün göndərilib.