Baydenin xanımı: Tramp qadınlar və ailələrimiz üçün təhlükəlidir

Baydenin xanımı: Tramp qadınlar və ailələrimiz üçün təhlükəlidir

ABŞ Prezidentinin həyat yoldaşı Cill Bayden bildirib ki, Birləşmiş Ştatların keçmiş lideri Donald Tramp qadınlar və ailələr üçün təhlükə yaradır.

Bu barədə “Report” “The Hill” qəzetinə istinadən xəbər verir.

"Donald Tramp qadınlar və ailələrimiz üçün təhlükəlidir". O, bütün həyatı boyu bizi məhv edib və varlığımızı dəyərsizləşdirir. O, qadınların bədənlərini ələ salır, nailiyyətlərimizə hörmət etmir, zorakılıqla öyünür", - ABŞ-nin hazırkı lı rəhbərinin həyat yoldaşı əlavə edib.

Qəzet qeyd edib ki, Cill Bayden bu bəyanatları Corciya ştatının Atlanta şəhərində qadınları Prezident Cozef Baydenin yenidən seçilməsini dəstəkləmək məqsədi daşıyan “Qadınlar Bayden uğrunda” kampaniyanın başlaması zamanı deyib.

Seçki marafonunda Tramp da iştirak edir. Noyabrın 5-də keçiriləcək seçkilərdə onun Baydenə rəqib olacağı, demək olar, əvvəlcədən bilinən nəticə hesab olunur.