Şolts: Almaniya hərbi qulluqçularını Ukraynaya göndərməyəcək

Şolts: Almaniya hərbi qulluqçularını Ukraynaya göndərməyəcək

Almaniya kansleri Olaf Şolts Romada Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinə çıxış edib.

Bu barədə “Report”a TASS-a istinadən xəbər verir.

“Avropalı əsgərləri Ukraynaya göndərməyəcəyik. Biz Rusiya ilə NATO arasında müharibə istəmirik və bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”, - Şolts bildirib.

Onun sözlərinə görə, NATO üzvləri münaqişə tərəfinə çevrilməməlidir.