XİN başçıları Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlığın inkişafını müzakirə ediblər

XİN başçıları Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Lüksemburqun xarici işlər naziri Ksavye Bettel (Xavier Bettel) ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafı müzakirə olunub.