Çin neft emalı üzrə dünya birincisi olub

Çin neft emalı üzrə dünya birincisi olub

Çinin illik neft emalı gücü 2023-cü ildə 936 milyon tona yüksəlib və bu, ölkəyə bu göstərici üzrə dünyada birinci olmağa imkan verib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Milli Neft-Qaz Korporasiyasının dərc etdiyi hesabatda deyilir.

2023-cü ildə Çində neft istehlakı təxminən 756 milyon ton, neft məhsullarının istehlakı isə illik müqayisədə 9,5 % artaraq 399 milyon ton təşkil edib.

2023-cü ildə Çinin enerji təchizatı kifayət qədər və sabit olub. İllik xam neft hasilatı ardıcıl altıncı il artım tendensiyasını saxlayaraq 200 milyon tondan çox olub.