Argentinada yeganə dövlət xəbər agentliyi bağlanacaq

Argentinada yeganə dövlət xəbər agentliyi bağlanacaq

Argentina Prezidenti Xavyer Miley siyasi rəqiblərinin “ideya təbliğatına” görə ölkənin yeganə dövlət xəbər agentliyi olan “Telam”ı bağlayacağını açıqlayıb.

“Birxeber.Az” Argentina KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı parlament sessiyasının açılışında söyləyib.

“Biz son onilliklərdə kirşnerizmin təbliğat agentliyi kimi istifadə edilən “Telam” agentliyini bağlayacağıq”, – Argentina Prezidenti vurğulayıb.

Miley daha əvvəl bütün dövlət mediasını özəlləşdirəcəyini bildirmişdi.