Ceyhun Bayramov Toyvo Klaara Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib

Ceyhun Bayramov Toyvo Klaara Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı sosial şəbəkədə bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım”, – Ceyhun Bayramov görüşə dair qeyd edib.

Xatırladaq ki, martın 1-də start götürmüş 3-cü Antalya Diplomatiya Forumu cari ayın 3-dək davam edəcək. Bu ilin əsas mövzusu “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq”dır. Tədbirdə yüzdən çox ölkədən dörd min nəfər, o cümlədən 20 dövlət və hökumət başçısı iştirak edir.