Ekologiya naziri ÜST-nin baş direktoru ilə görüşüb

Ekologiya naziri ÜST-nin baş direktoru ilə görüşüb

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla görüşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə COP29 sosial şəbəkədə bildirib.

“COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ictimai səhiyyə və səhiyyə sistemlərini yaxşılaşdırmaq üçün iqlim fəaliyyətinin önəmini müzakirə ediblər”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.