Culfa və Şahbuz mədəniyyət şöbələrinin müdirləri işdən çıxarılıb - YENİLƏNİB

Culfa və Şahbuz mədəniyyət şöbələrinin müdirləri işdən çıxarılıb - YENİLƏNİB

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev işdən çıxarılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Digər əmrlə, M.Əliyev Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Elvin Səfərova həvalə olunub.

12:23

Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov işdən çıxarılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Füzuli Hüseynliyə həvalə olunub.