Azərbaycanda COP29 ərəfəsində iki elektrik stansiyasının təməli qoyulacaq

Azərbaycanda COP29 ərəfəsində iki elektrik stansiyasının təməli qoyulacaq

Azərbaycanda COP29 ərəfəsində 760 MVt-lıq iki elektrik stansiyasının təməlinin qoyulması razılaşdırılıb.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Məşvərət Şurası çərçivəsində BƏƏ-nin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui ilə karbohidrogen və bərpa olunan enerjinin istehsalı-ixracı sahələrində regional əhəmiyyətli əməkdaşlığımıza dair səmərəli müzakirələrimiz oldu. COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməlini qoymağı razılaşdırdıq”, - paylaşımda qeyd olunub.