Fazil Mustafa: COP29-un materialları gələcək tədqiqatlar üçün yeni üfüqlər açacaq

Fazil Mustafa: COP29-un materialları gələcək tədqiqatlar üçün yeni üfüqlər açacaq

İqlim dəyişikliyi artıq bütün bəşəriyyətin probleminə çevrilməkdədir.

Birxeber.Az xəbər verir ki, bunu "Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması" mövzusunda konfransda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib.

O, çıxışı zamanı bu il Azərbaycanda keçiriləcək COP29 tədbirinin mahiyyətindən danışıb: "COP29-un Azərbaycanda keçirilməsi bizim növbəti uğurumuzdur. Ona görə də bu konfransın materiallarını gələcək tədqiqatlar üçün yeni üfüqlər açacaq mahiyyətdə qiymətləndirməliyik".

Fazil Mustafa deyib ki, iqlim dəyişikliyi ilə bağlı tədqiqatları stimullaşdırmağa ehtiyac var.

Deputat Qarabağ universitetində iqlim dəyişikliyi, ekologiya ilə bağlı tədqiqatların aparılması təklifi ilə də çıxış edib.