Azərbaycan və BƏƏ qiymətli kağızlar bazarının inkişafını müzakirə edib

Azərbaycan və BƏƏ qiymətli kağızlar bazarının inkişafını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qiymətli kağızlar bazarının inkişaf etdirilməsi müzakirə edilib.

"Birxeber.Az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın nümayəndə heyətinin BƏƏ-yə səfəri çərçivəsində Əmirliklərin Qiymətli Kağızlar və Əmtəələr Təşkilatının nümayəndələri ilə görüşü keçirilib.

Görüşdə BƏƏ-nin qiymətli kağızlar bazarının inkişafı, mövcud investisiya imkanları və hər iki ölkənin nəzarət qurumları arasında əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.