Birxeber.az / Azərbaycan və BƏƏ qiymətli kağızlar bazarının inkişafını müzakirə edib

Azərbaycan və BƏƏ qiymətli kağızlar bazarının inkişafını müzakirə edib

1-03-2024, 10:40

Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qiymətli kağızlar bazarının inkişaf etdirilməsi müzakirə edilib.

"Birxeber.Az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın nümayəndə heyətinin BƏƏ-yə səfəri çərçivəsində Əmirliklərin Qiymətli Kağızlar və Əmtəələr Təşkilatının nümayəndələri ilə görüşü keçirilib.

Görüşdə BƏƏ-nin qiymətli kağızlar bazarının inkişafı, mövcud investisiya imkanları və hər iki ölkənin nəzarət qurumları arasında əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.

Geri qayıt