Prezident: “Bir fond belə bizə heç bir yardım göstərməyib”

Prezident: “Bir fond belə bizə heç bir yardım göstərməyib”

“Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib”.

“Birxeber” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.

“Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq”, - dövlət başçısı əlavə edib.

Daxili siyasət Daxili siyasət
"Füzuli və Şuşaya 10 may səfəri rəmzi xarakter daşıyır" - AÇIQLAMA

"Füzuli və Şuşaya 10 may səfəri rəmzi xarakter daşıyır" - AÇIQLAMA

Daxili siyasət Daxili siyasət
Kamran Əliyev üç rayona yeni prokuror təyin edib

Kamran Əliyev üç rayona yeni prokuror təyin edib

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Daxili siyasət Daxili siyasət
Rövşən Rzayev: “Böyük qayıdış” könüllü şəkildə həyata keçiriləcək"

Rövşən Rzayev: “Böyük qayıdış” könüllü şəkildə həyata keçiriləcək"

Daxili siyasət Daxili siyasət
"Prezident Zəfər Qurultayında çıxışı ilə Azərbaycan diasporu üçün yol xəritəsi cızıb"

"Prezident Zəfər Qurultayında çıxışı ilə Azərbaycan diasporu üçün yol xəritəsi cızıb"

Daxili siyasət Daxili siyasət
"Prezidentin sədrliyi ilə keçirilən müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi"

"Prezidentin sədrliyi ilə keçirilən müşavirə həm də postmüharibə dövrünün birillik hesabatı idi"

Daxili siyasət Daxili siyasət
"Prezident bizə xəyal kimi görünən tarixi sevinci bəxş etdi" - RƏY

"Prezident bizə xəyal kimi görünən tarixi sevinci bəxş etdi" - RƏY

Daxili siyasət Daxili siyasət
Prezident: “Bir fond belə bizə heç bir yardım göstərməyib”

Prezident: “Bir fond belə bizə heç bir yardım göstərməyib”

Daxili siyasət Daxili siyasət
Prezident: "Bütün dövlət məmurları şəhid ailələri ilə bir yerdə olmalı, onlara kömək göstərməlidirlər"

Prezident: "Bütün dövlət məmurları şəhid ailələri ilə bir yerdə olmalı, onlara kömək göstərməlidirlər"

Daxili siyasət Daxili siyasət
Prezident və birinci xanım Sabunçuda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Sabunçuda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında iştirak ediblər

Daxili siyasət Daxili siyasət
MTM-in sorğusuna görə Çağrı mərkəzləri zəif işləyən qurumlar açıqlama verib

MTM-in sorğusuna görə Çağrı mərkəzləri zəif işləyən qurumlar açıqlama verib

Daxili siyasət Daxili siyasət
Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"