Azərbaycan və ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsini müzakirə edib

Azərbaycan və ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsini müzakirə edib

Azərbaycan və ABŞ arasında Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"CQD-nin Məşvərət Şurasının iclası ərəfəsində ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington ilə görüşdük. İki ölkə arasında enerji sahəsində əlaqələrin inkişafını, CQD-nin genişləndirilməsini, "yaşıl enerji" layihələrinin icrasını, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələrini müzakirə etdik", - deyə o qeyd edib.