Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Məhkum Əfrail Raqin oğlu Əliyevə tanışı Nailə Vidadi qızı Ələkbərova tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülüdə 0,462 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Səma Əliyeva