"Neftçi"nin futbolçusu: Azərbaycanın ən yaxşı klubunda oynayıram

"Neftçi"nin futbolçusu: Azərbaycanın ən yaxşı klubunda oynayıram

Burada kifayət qədər vaxt keçirmişəm. Azərbaycanın ən yaxşı klubunda oynayıram.

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"da böyük nailiyyətlər qazanmaq istədiyini bildirib: "Burada yetərincə təzyiq olduğunu hiss edirik".

Sent-Martin millisinin formasını geyinən oyunçu ölkəmiz barədə danışıb: "Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sizin qonaqpərvər olduğunuzu deyirəm. Məni evlərinə dəvət edənlər də olub. Bu yaxınlarda Qusara da getmişdim. İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bəyənirəm".

Lebon öz çıxışına da toxunub: "Qolların sayı az olsa da, məhsuldar ötürmə çoxdur. Mövsümün sonuna kimi 6 qol vura bilərəm. Formadayam, özümü yaxşı hiss edirəm".