Köç edən məcburi köçkünlərin xidməti mənzillərinin yataqxanalardakı köçkünlərə verilməsi təklif olunur

Köç edən məcburi köçkünlərin xidməti mənzillərinin yataqxanalardakı köçkünlərə verilməsi təklif olunur

Köç edən məcburi köçkünlərin xidməti mənzillərinin yataqxanalardakı köçkünlərə verilməsi təklif olunur.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.