Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda rəsmi qeydiyyatda olan 9 258 İİV-lə yaşayan şəxs var.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

O bildirib ki, həmin şəxslərdən 69,5 %-i kişilər, yerdə qalanı isə qadınlardır: "Azərbaycan İİV-lə xəstələnməyə görə digər region ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. Bundan başqa, mərkəzdə qeydiyyatda olan hamilələrin hamısının dünyaya gətirdiyi körpələr sağlam olub, yəni qadınların heç birində xəstə körpə doğumu qeydə alınmayıb”.