Çanaqqala boğazı bağlanıb

Çanaqqala boğazı bağlanıb

Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərinin hərəkəti üçün bağlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi tərəfindən məlumat yayılıb.

Qeyd olunub ki, hava şəraiti normallaşdıqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq.