Şri-Lanka turizm sektorunda korrupsiya ilə mübarizə komitəsi yaratmağı planlaşdırır

Şri-Lanka turizm sektorunda korrupsiya ilə mübarizə komitəsi yaratmağı planlaşdırır

Şri-Lanka turizm sənayesində korrupsiya və fırıldaqçılıqla mübarizə üçün xüsusi komitə yaratmaq niyyətindədir.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə ada-dövlətin dövlət turizm naziri Diana Qamaqe bildirib.

O qeyd edib ki, turizm sektorunda fırıldaqçılıq və korrupsiya hallarının qarşısının alınması üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır: “Ölkəmizə gələn turistlərin bizə çoxsaylı şikayətləri daxil olub. Bu problem haqqında əvvəllər də danışmışam. Şikayətlərə qida qiymətləri və s. daxildir. Biz yol verə bilmərik ki, bir neçə nəfərin səhvləri ilə ölkəmizin reputasiyası zədələnsin”.