Gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisiylə bağlı qurğuların icarə haqqı ləğv edilib

Gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisiylə bağlı qurğuların icarə haqqı ləğv edilib

Nazirlər Kabineti “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Birxeber.Az-nın xəbərinə görə, qərara əsasən, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının minimum məbləği bu Qərarda həmin qurğular üçün nəzərdə tutulmuş icarə haqqına sıfır əmsalı tətbiq edilməklə hesablanacaq.

Nazirlər Kabinetindən Birxeber.Az-ya bildirilib ki, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 fevral tarixli 107 nömrəli Qərarı “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının ləğv edilməsini nəzərdə tutur.