Ötən il Azərbaycan Milli Ödəniş Sistemi ilə əməliyyatların həcmi 766 mlrd. manatdan çox olub

Ötən il Azərbaycan Milli Ödəniş Sistemi ilə əməliyyatların həcmi 766 mlrd. manatdan çox olub

2023-cü il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 766.4 mlrd. manat, sayı isə 147.7 mln. ədəd təşkil edib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) üzrə keçən ödənişlərin sayı 2.1 mln. ədəd, həcmi 716.3 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə ödənişlərin sayı 145 mln. ədəd, həcmi 49 mlrd. manat olmuşdur. 2023-cü il ərzində AÖS vasitəsilə həyata keçirilən əməliyyatların sayı 587.6 min ədəd, həcmi isə 1.1 mlrd. manat olub.