Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

"Həm azarkeşlər, həm də tamaşaçılar üçün yaxşı oyun alındı. Hər iki tərəf qol epizodları yaradırdı".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qonaqların aqressiv və kobud oynadığını bildirib: "Amma sarı vərəqələri ancaq bizim komandanın üzvləri alırdı. "Qəbələ"nin 2-3 qol şansı oldu. Rəqibə çox imkan verirdik. Halbuki oyunu daha tez bağlamalı idi".

O, "Sumqayıt"la oyundakı heç-heçənin təsadüfi olduğunu söyləyib: "Üzülürük, çünki 2 vacib xal itirdik. Hər oyuna qələbə üçün çıxırıq. Zədəlilərimiz var. Bu gün Kenni Sayefi də itirdik. Mamadu Mbocun durumu bəlli deyil. Eddi İsrafilovla Azər Əliyevin bizimlə olacaqları də dəqiq bilinmir. Qışadək maksimum xallar qazanmağa çalışacağıq. Qışda yeni transferlər olacaq. Fasilədən sonra daha yaxşı oynayacağımı deyə bilərəm".

47 yaşlı baş məşqçi məyusluğunun yaxaladıqları şansları qola çevirə bilməməklə əlaqələndirib: "Daxilən sevincliyəm. Oyunda bəzi məqamlar var ki, onlar olmamalıdır. Öz epizodlarımız zamanı bəzən düzgün qərar vermirik. Bu da beynimdə müəyyən suallar yaradır".

Regekampf Qodsvey Donyonun çıxışına da toxunub: "Hazırda əlimizdə olan oyunçular bizim üçün qızıla bərabərdir. Onları növbəti matçlara hazırlamalıyıq. Qarşıda çox oyun var. İndi dəyişə biləcəyimiz bir şey yoxdur. Donyo bu gün sonadək döyüşdü. Göstərdiyi əzmkarlıq məndə gələcəyə inam yaratdı".

Təcrübəli mütəxəssis çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Məni xal fərqi maraqlandırmır. Öz problemlərimizi həll etməliyik. Hazırda bizim üçün vacib olan amil 2-ci yeri tutmaqdır. "Sabah" - "Qarabağ" görüşü heç-heçə bitsə, yaxşı olar. Amma buna inanmıram. Çünki açıq futbol gedəcək".

Futbol Futbol
“Zirə” minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutub

“Zirə” minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutub

Futbol Futbol
Futbolçunu dizi ilə vuran FIFA referisi diskvalifikasiya olunub

Futbolçunu dizi ilə vuran FIFA referisi diskvalifikasiya olunub

Futbol Futbol
Bakı klubu daha bir legioneri ilə vidalaşıb

Bakı klubu daha bir legioneri ilə vidalaşıb

Futbol Futbol
Cennaro Qattuzo "Valensiya"dan istefaya göndərilib

Cennaro Qattuzo "Valensiya"dan istefaya göndərilib

Futbol Futbol
Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub olub

Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub olub

Futbol Futbol
Konfrans Liqası: "Neftçi" fasiləyə məğlub yollanıb

Konfrans Liqası: "Neftçi" fasiləyə məğlub yollanıb

Futbol Futbol
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Futbol Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” öz meydanında xal itirib

İngiltərə Premyer Liqası: “Arsenal” öz meydanında xal itirib

Futbol Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol Futbol
Premyer Liqa: "Neftçi" və "Zirə"nin start heyətləri açıqlanıb

Premyer Liqa: "Neftçi" və "Zirə"nin start heyətləri açıqlanıb

Futbol Futbol
“Milan” hücumçusu ilə yeni müqavilə imzalayıb

“Milan” hücumçusu ilə yeni müqavilə imzalayıb

Futbol Futbol
FIFA prezidentinin ötənilki qazancı açıqlanıb

FIFA prezidentinin ötənilki qazancı açıqlanıb