Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 92 % artıb

Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 92 % artıb

2023-cü ildə Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə ümumi dəyəri 1 054,4 milyon manat olan 587,6 min ədəd əməliyyat aparılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bunlar 2022-ci illə müqayisədə müvafiq olaraq 91,8 % və 74,2% çoxdur.

Bundan başqa, Milli Ödəniş Sisteminin yeni komponenti olan, 7/24 rejimində fəaliyyət göstərən AÖS=in əhatə dairəsinin və funksionallıqlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasında AÖS vasitəsilə həyata keçirilən əməliyyatların Milli Ödəniş Sistemindəki payının artırılması hədəflənib.

Xatırladaq ki, AÖS-ə banklar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunub.