Qurban Qurbanov Xabi Alonso ilə görüşmək üçün Almaniyaya gedib

Qurban Qurbanov Xabi Alonso ilə görüşmək üçün Almaniyaya gedib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın fiziki hazırlıq üzrə məqşçisi Çudomir Çokarov Almaniyaya yollanıb.

Apasport.az saytına verilən məlumata görə, onlar "Araz-Naxçıvan"la matçdan dərhal sonra Almaniyaya üz tutub.

Qurbanovla Çokarov 3 gün "Bayer"in (Leverkuzen) məşqində iştirak edəcəklər.

Ağdam klubunun baş məşqçisi Xabi Alonso ilə fikir mübadiləsi aparacaq, məşq prosesində tətbiq etdiyi yeniliklərlə tanış olacaq.

Onların gələcəkdə yenidən görüşləri nəzərdə tutulub.